Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyanın Mie prefekturasının ərzaq məhsulları Azərbaycanda emal olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Yaponiyanın Mie prefekturasının ərzaq məhsulları Azərbaycanda emal olunacaq

Yaponiyanın Mie prefekturasının ərzaq məhsulları Azərbaycanda emal olunacaq


Yaponiyanın Mie prefekturasında istehsal edilən bir sıra ərzaq məhsulları Azərbaycanda emal edilərək dünya bazarına ixrac olunacaq. Bu barədə Yaponiyanın turizm sahəsində tanınmış “HIS Co. Ltd” şirkəti ilə Mie prefekturası arasında strateji əməkdaşlıq barədə müqavilənin imzalanması mərasimində bildirilib.
JETRO təşkilatının Tokionun mərkəzində yerləşən baş ofisində keçirilən mərasimdə Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq üzrə dövlət naziri Yoşitaka İto, JETRO təşkilatının sədri Nobuhiko Sasaki, “HIS Co. Ltd” şirkətinin prezidenti Hideo Savada, Mie prefekturasının qubernatoru Eykey Suzuki, digər hökumət strukturlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov, ölkəmizin “Herba Flora” şirkətinin həmtəsisçisi Füzuli Hüseynov, “Şirin” qənnadı fabrikinin kommersiya departamentinin müdiri Yusif Əliyev və Bakı Limanının nümayəndələri də iştirak ediblər. Əvvəlcə layihə çərçivəsində Yaponiyadan daxil olan xammalla Azərbaycanda istehsal edilmiş məhsullara baxış keçirilib. Sərgidə məşhur “Maça” çayından hazırlanmış şokolad və digər yaşıl çay növlərindən istifadə etməklə hazırlanan şirniyyatlar, yaşıl çay bağlamaları, şirələr və digər ərzaq məhsulları mərasim iştirakçılarına təqdim olunub.
Tədbirdə çıxış edən Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq üzrə dövlət naziri, JETRO təşkilatının sədri, “HIS Co. Ltd”nin prezidenti, Mie prefekturasının qubernatoru bildiriblər ki, bu layihə Azərbaycanın kommersiya və logistika imkanlarından istifadə etməklə yapon ərzaq məhsullarının beynəlxalq bazara çıxarılmasını nəzərdə tutur.
Qeyd olunub ki, artıq uzun illərdir enerji sektorunda Azərbaycanla əməkdaşlıq edən Yaponiya şirkətləri bu sahədə fəaliyyəti yüksək qiymətləndirirlər. Yeni layihə isə iki dost ölkənin qeyri-enerji sahəsində əməkdaşlığının formalaşmasına təkan verəcək. Eyni zamanda, bu, yapon şirkətlərinə ölkəmizin geniş tranzit potensialından istifadə edərək Yaponiya məhsullarının daha əlverişli şərtlərlə MDB ölkələrinə və Avropa bazarına çıxarmalarına müsbət təsir göstərəcək. Mərasimdə “HIS Co. Ltd” şirkətinin vitse-prezidenti Atsuşi Yamanobe Yaponiyanın Mie prefekturasında istehsal edilən ərzaq məhsulları və Azərbaycanın kommersiya və nəqliyyat-logistika imkanları barədə təqdimatla çıxış edib.
Sonra imzalanma mərasimi keçirilib. “HIS Co. Ltd” şirkəti ilə Mie prefekturası arasında strateji əməkdaşlıq barədə müqaviləni şirkətin prezidenti Hideo Savada və Mie prefekturasının qubernatoru Eykey Suzuki imzalayıblar.

DAVAM. AZ



Geri dön