Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ASK-da Azərbaycanın tikinti bazarında mövcud problemlər müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > ASK-da Azərbaycanın tikinti bazarında mövcud problemlər müzakirə olunub

ASK-da Azərbaycanın tikinti bazarında mövcud problemlər müzakirə olunub


Azərbaycanda vergi ödəmələrindən yayınaraq tikinti bazarına daha ucuz məhsul və xidmət çıxaran şirkətlər bazarda təmiz işləyən şirkətlərə zərbə vurur. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, bunu ASK-da "Tikinti müəssisələri ilə iş Komissiyası"nın yenidən formalaşdırılması ilə bağlı keçirilən iclasda iclasın sədri Şahin Məmmədov deyib. Müvafiq dövlət qurumlarının bu hallara qarşı mübarizəni gücləndirdiyini qeyd edən komissiya sədri "təmiz işləyən" sahibkarları müzakirələrdə aktiv olmağa dəvət edib.
"Vergi Məcəlləsindəki dəyişikliklərin sahibkarlığa təsiri, bizim işimizə problem yaradan məsələləri, sağlam tikinti bazarının formalaşdırılması üçün səyləri birləşdirməyi təklif edirəm", - deyə Ş. Məmmədov qeyd edib.
ASK-ın vitse-prezidenti Vüqar Abbasov tikinti sektorunun iqtisadiyyatın əsas sahələrindən biri olduğunu vurğulayaraq, bu sahədə çalışan sahibkarları narahat edən məsələləri müzakirə etmək və çıxış yolları tapmaq üçün komissiyanın bir platforma rolunu oynayacağını bildirib. ASK-ın baş katibinin müavini Xəqan Hümbətzadə 2020-ci ildə "Vergi Məcəlləsi"də nəzərdə tutulan dəyişikliklərdə tikinti sektorunu gözləyən yenilikləri xatırlatdı və dövlət sosial sığorta haqlarının hesablanması qaydasındakı yeniliklərlə bağlı layihələr barədə məlumat verdi. O, Komissiyanın tezliklə bu mövzularla əlaqədar iclas keçirməsinin vacibliyi vurğulayıb

DAVAM. AZ



Geri dön