Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq

Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq


Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq. Sərgi Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Təsviri Sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilməsinə həsr olunub. Çingiz Fərzəliyev yaradıcılığının bütün sahələrini əhatə edən sərgidə rəssamın ilk sənət təcrübələri zamanından bu günümüzədək ərsəyə gətirdiyi əsərləri təqdim olunacaq. Eləcə də, iştirakçılar ekspozisiyada Çingiz Fərzəliyevin tədqiqat fəaliyyəti ilə tanış olacaqlar. Tədris vəsaitinə çevrilən - XX əsr Azərbaycan təsviri incəsənətinin 45 görkəmli nümayəndəsinə həsr edilmiş 36 kitabdan ibarət "Sərvət" fundamental silsiləsi və rəhbərlik etdiyi muzeyin geniş fəaliyyəti ilə bağlı müəllifi olduğu bu nəfis nəşrlər incəsənətimizə dəyərli töhfələr verib.
Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının fəxri doktoru, Özbəkistan Rəssamlıq Akademiyasının, Kembric Universitetinin Beynəlxalq Bioqrafik Mərkəzinin və V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun fəxri professorudur. O, bir çox mükafatlara, orden və medallara layiq görülüb.

DAVAM. AZ

Geri dön