Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək

Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək


Noyabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası işə başlayacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi general-polkovnik Metin Gürakdır. Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.

DAVAM.AZ


Geri dön