Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AVRO-2020-nin final mərhələsinin oyunlarını AzTV və İTV yayımlayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > AVRO-2020-nin final mərhələsinin oyunlarını AzTV və İTV yayımlayacaq

AVRO-2020-nin final mərhələsinin oyunlarını AzTV və İTV yayımlayacaq


İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.
Qeyd edək ki, 12 iyun-12 iyul tarixlərində keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində baş tutacaq. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq. AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq. Bakı vaxtı ilə saat 21-də başlayacaq tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Avropa Futbol İttifaqının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası UEFA tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.

DAVAM.AZ

Geri dön