Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pianoçu və bəstəkar Ruslan Ağababayev Heydər Əliyev Mərkəzində çıxış edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Pianoçu və bəstəkar Ruslan Ağababayev Heydər Əliyev Mərkəzində çıxış edib

Pianoçu və bəstəkar Ruslan Ağababayev Heydər Əliyev Mərkəzində çıxış edib


Heydər Əliyev Mərkəzində ABŞ-da yaşayan tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayevin konserti keçirilib. Ruslan Ağababayev etnik, caz və klassik musiqilərdən ibarət proqram təqdim edib. Pianoçu konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Xalq artistləri İlqar Muradov, Tünzalə Ağayeva, Ənvər Sadıqov, eləcə də tanınmış makedoniyalı klarnet ustası İsmail Lumanovski konsertin qonaq ifaçıları olublar.
Qeyd edək ki, Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasınının məzunudur. 1997-ci ildə ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb. Repertuarına öz kompozisiyaları, Astor Piazzolla, Mişel Leqran, Qara Qarayev və digər bəstəkarların əsərlərinə interpretasiyalar daxildir.

DAVAM.AZ

Geri dön