Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət büdcəsində qeyri-neft sektorunun payı gələn il 12% artacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Dövlət büdcəsində qeyri-neft sektorunun payı gələn il 12% artacaq

Dövlət büdcəsində qeyri-neft sektorunun payı gələn il 12% artacaq


2020-ci ildə Azərbaycanın dövlət büdcəsində qeyri-neft sektorunun payı 2018-ci ilin icra və 2019-cu ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 16,4% (1 496,1 mln. manat) və 12% (1 136,8 mln. manat) artacağı gözlənilir. Bu, Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.
Neft sektoruna gəldikdə, növbəti ildə 2018-ci il və 2019-cu ilin proqnozlaşdırılan icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 1% (129,5 mln. manat) artım və 1,2% (170,3 mln. manat) azalma gözlənilir.
Ümumilikdə, 2020-ci il üçün proqnozlaşdırılmış dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payı 13 530,0 mln. manat və ya 56,1%, qeyri-neft sektorunun payı isə 10 604,5 mln. manat və ya 43,9% təşkil edib.

DAVAM.AZ


Geri dön