Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə, Azərbaycan və Gürcüstan hərbi sahədə çox uğurla əməkdaşlıq edirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Türkiyə, Azərbaycan və Gürcüstan hərbi sahədə çox uğurla əməkdaşlıq edirlər

Türkiyə, Azərbaycan və Gürcüstan hərbi sahədə çox uğurla əməkdaşlıq edirlər


Türkiyə, Azərbaycan və Gürcüstan hərbi sahədə çox sıx və səmərəli əməkdaşlıq edirlər. Bu da hər üç dövlətin həm bölgədə, həm də dünyada sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu sübut edir.
Bu sözləri Türkiyənin Milli Müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu Batumidə keçirilən beynəlxalq müdafiə və təhlükəsizlik konfransındakı çıxışı zamanı söyləyib. Nazir müavini deyib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə keçirdikləri hərbi təlimlər yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasında, hər üç ölkənin müdafiə qüdrətinin artmasında mühüm rol oynayır.
Nazir bu üçtərəfli əməkdaşlığın regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin müdafiəsində də əsaslı rol oynadığını bildirib. Karaosmanoğlu çıxışı zamanı Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatlar və beynəlxalq əməkdaşlığı barədə də ətraflı məlumat verib.

DAVAM.AZ
Tiflis (Gürcüstan)


Geri dön