Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda məhkəmə ekspertləri attestasiyadan keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Azərbaycanda məhkəmə ekspertləri attestasiyadan keçiriləcək

Azərbaycanda məhkəmə ekspertləri attestasiyadan keçiriləcək


Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir. Belə ki, qanuna yeni 11-2-ci maddə ( Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir. Yeni maddəyə görə, məhkəmə ekspertləri 5 ildə bir dəfədən az olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddır. Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

DAVAM.AZ


Geri dön