Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Şərq Tərəfdaşlığı” ölkələri Azərbaycandakı islahatlar barədə məlumatlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > “Şərq Tərəfdaşlığı” ölkələri Azərbaycandakı islahatlar barədə məlumatlandırılıb

“Şərq Tərəfdaşlığı” ölkələri Azərbaycandakı islahatlar barədə məlumatlandırılıb


İsveç Beynəlxalq İnkişaf Agentliyi (SİDA) tərəfindən “Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümünə həsr olunan “Şərq Tərəfdaşlığı üçün yeni sövdələşmə” adlı tədbir keçirib.
Tədbirdə Şərq Tərəfdaşlığı proqramında üzv ölkələrdən – Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Moldova və Ermənistandan nümayəndələr, habelə İsveç və Polşanın dövlət və hökumət rəsmiləri, Avropa İttifaqının təmsilçiləri iştirak ediblər.
Ölkəmizi tədbirdə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov təmsil edib.
Tədbirdə çıxış edən SİDA-nın baş direktoru Karin Yamtin rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib. “Şərq Tərəfdaşlığı” proqramının tarixinə və layihə çərçivəsində əldə olunan nailiyyətlərə nəzər salan K.Yamtin onun məqsədinin demokratiya, rifah və sabitliyi bölüşmək üçün ortaq bir platforma yaratmaq olduğunu deyib. Bildirib ki, tərəfdaşları daxili və xarici problemləri həll etmək məqsədilə üzv ölkələrdə demokratiyanı inkişaf etdirmək, institutları gücləndirmək, biznes mühitini yaxşılaşdırmaq və ətraf mühiti qorumaq üçün müxtəlif layihələr həyata keçirilir.
İsveçin Beynəlxalq İnkişaf üzrə əməkdaşlıq üzrə naziri Peter Erikson çıxışında ümumbəşəri dəyərlər, habelə sosial bərabərlik, gender bərabərliyi, demokratiyada plüralizm, insan haqları, ətraf mühitin qorunması kimi məsələlərə əhəmiyyət verən proqramın müsbət nəticələr əldə edəcəyinə qətiyyətlə inandığını bildirib, iştirakçı ölkələrin qazandığı uğurlar barədə danışıb. Müsbət nəticələrə baxmayaraq, hələ bir çox problemlərin mövcud olduğunu və onların həlli istiqamətində səylərin artırmağın vacibliyini diqqətə çatdırıb. Tədbirin panel müzakirələrində çıxış edən Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov ölkəmizin Avropa İttifaqı ilə əlaqələri haqqında danışıb. Bildirib ki, bu qurumla əlaqələrin inkişafı ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirən nazir müavini ölkəmizdə həyata keçirilən bir çox islahatlara qurum tərəfindən verilən dəstəyi yüksək qiymətləndirib. Azərbaycanda qanunun aliliyinin qorunması, dövlət idarəetməsində və məhkəmə sistemində islahatların Aİ-nin dəstəyi ilə aparıldığını vurğulayan R.Məmmədov onların qurum tərəfindən yüksək qiymətləndirildiyini və mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb. İqlim dəyişiklikləri ilə mübarizə sahəsində ölkəmizin yürütdüyü siyasətə toxunan Rüfət Məmmədov havaya buraxılan karbon qazının miqdarının azaldılması üçün dövlət proqramının həyata keçirildiyini, həmçinin bu sahədə xarici təcrübəni öyrənilməsi istiqamətində iş aparıldığını qeyd edib.
Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar haqqında da məlumat verən İqtisadiyyat nazirinin müavini sosial sabitliyin təmin olunması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, aparılan islahatlar nəticəsində yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə edib. Tədbir çıxışlar, müxtəlif mövzularda fikir mübadilələri və sual-cavab ilə davam edib.

DAVAM.AZ
“Avropa Bürosu”

Geri dön