Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları > İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb

İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb


İsveç parlamentində (Riksdaq) “Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümünə həsr olunmuş “Parlament və onun üzvləri, dialoq və plüralizmin demokratiyada rolu” adlı tədbir keçirilib. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahibə Qafarova çıxışı zaman Dağlıq Qarabağ məsələsini də qaldırıb. Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə və inkişafa maneə törətdiyini qeyd edib.
S.Qafarova vurğulayıb ki, Ermənistan nəinki Azərbaycan ərazilərinin işğalını davam etdirir, həm sözdə, həm də fəaliyyəti ilə sülh danışıqları prosesinə zərbə vuraraq müxtəlif təxribatlarla problemin tezliklə həllinə əngəl yaradır: “2013-cü ildə Avropa Parlamenti Avropa Qonşuluq Siyasəti ilə bağlı qətnamə qəbul edib. Sənəddə "Şərq Tərəfdaşlığı"na daxil olan bir ölkənin proqramın digər iştirakçısının ərazisini işğal etməsinin layihənin təməl prinsiplərini və məqsədlərini pozduğu xüsusi qeyd olunur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməsinin vacibliyi vurğulanır. Lakin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 84 nömrəli qətnamələrinə hələ də məhəl qoyulmur”.

DAVAM.AZ

Geri dön