Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qocalar ölməz” filmi beynəlxalq festivalda uğur qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > “Qocalar ölməz” filmi beynəlxalq festivalda uğur qazanıb

“Qocalar ölməz” filmi beynəlxalq festivalda uğur qazanıb


Güney Azərbaycanda istehsal edilən “Qocalar ölməz” filmi beynəlxalq festivalda uğur qazanıb. Gənc ərdəbilli rejissor Rza Camalinin çəkdiyi film Tokio Film Festivalında “Asiya ruhu” mükafatına layiq görülüb.
Filmdə təmiz havası olan bir kənd əhalisindən bəhs olunur. Həmin kənddə uzun müddətdir ki, kimsə ölməyib. Lakin bir yaşlı kişi xatirələrini yada salaraq ölüm haqda düşünür. Eyni halda gənc bir qız yüksək ruhda və həyata ümidli bir şəkildə yaşayır. Filmin ümumi fəlsəfəsi həyat və ölümlə bağlıdır.
https://www.youtube.com/watch?time_continue=20&v=gA5ZTzpK4Zg
Türk dilində hazırlanan film bu günədək İran, Almaniya, İtaliya, İngiltərə, Türkiyə və s. kimi ölkələrdə keçirilən festivallarda müxtəlif mükafatlara layiq görülüb. 32-ci Tokio Beynəlxalq Film Festivalı oktyabrın 28-dən noyabrın 5-dək Yaponiyada keçirilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön