Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları > ABŞ Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır

ABŞ Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır


ABŞ ATƏT Minsk qrupunun işinə böyük əhəmiyyət verir və Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına sadiqliyini bildirir. Bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor təşkilatın Daimi Şurasının iclasında deyib. O, son aylarda qoşunların təmas xəttindəki itkilərdən narahat olduqlarını ifadə edib: “Bu, münaqişə çərçivəsində davam edən insan itkilərini göstərir və yerlərdə, eləcə də paytaxtlarda gərginliyi artırır. Bu, həm də nizamlama perspektivlərini azaltmaqla inamsızlıq və düşmənçiliyi artırır. Eyni zamanda Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv əlaqələr ümid verir. Əlaqələrin səviyyəsi nəticə verə bilər və verməlidir. Biz tərəfləri ölkələrin əhalisini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunan konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq”.
C.Gilmorun sözlərinə görə, bu məsələlər barədə razılıq kifayət deyil: “Biz tərəfləri tez bir zamanda konkret addımlar atmağa çağırırıq”.

DAVAM.AZ

Geri dön