Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda faciə: 80 kənd, 500 ev dağıldı, 380 yaralı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycanda faciə: 80 kənd, 500 ev dağıldı, 380 yaralı

Güney Azərbaycanda faciə: 80 kənd, 500 ev dağıldı, 380 yaralı


Güney Azərbaycanda baş verən zəlzələ nəticəsində indiyədək rəsmi olaraq 6 nəfərin öldüyü (qeyri-rəsmi məlumata görə, 11 nəfər həlak olub), 380 nəfərin yaralandığı bildirilir. Yaralılardan 17-si xəstəxanaya yerləşdirilib. Ölənlərin hamısı Miyana şəhəri ətrafında yaşayan sakinlərdir. Zəlzələ nəticəsində 80 kənddə dağıntılar olub, 500 evə ciddi ziyan dəyib. Vərnkəş və Vərziqan kəndləri ən çox zərər dəyən kəndlərdir. Rəsmi məlumata görə, 34 əməliyyat qrupu zərərçəkmişlərə yardım məqsədi ilə bölgələrə göndərilib. İndiyədək 57 avterşok qeydə alınıb.
İran adlı ölkənin Qızıl Aypara cəmiyyətindən verilən məlumata görə, zəlzələdən ziyan çəkənlərin 60 faizi müvəqqəti yerlərə yerləşdirilib. Bölgədəki evlərin zəlzələyə davamlı olmaması dağıntının miqyasının artmasına səbəb olub. Həmçinin, zəlzələ bölgəsində xəstəxananın az olması ciddi problemlərə yol açıb. Hadisə şahidlərinin bildirdiyinə görə, 12 yaşlı qız xəstəxanaya gec çatdırıldığı üçün həyatını itirib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön