Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Vaqif” operası yenidən səhnədə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Vaqif” operası yenidən səhnədə

“Vaqif” operası yenidən səhnədə


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası nümayiş edilib. Teatrdan bildirilib ki, tamaşada əsas partiya - şair Vaqifin obrazını Azərbaycanın əməkdar artisti Ramil Qasımov ifa edib.
R.Qasımovla yanaşı, səhnə əsərində, həmçinin xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fəridə Məmmədova, Fərid Əliyev, Cahangir Qurbanov, Tural Ağasıyev, solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev, Nina Makarova və başqaları çıxış ediblər.
Opera əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeysteri Aysel Məlikovadır. Aktyorların məharətli çıxışı operanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

DAVAM.AZ


Geri dön