Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Qaraçuxurun problemlərini bir daha Milli Məclisdə qaldıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Qaraçuxurun problemlərini bir daha Milli Məclisdə qaldıracaq

Fərəc Quliyev Qaraçuxurun problemlərini bir daha Milli Məclisdə qaldıracaq

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Bakı şəhəri, Suraxanı rayonunda sakinlərlə keçirilən mütəmadi görüşlərdən daha biri 08.11.2019 tarixində rayonun Qaraçuxur qəsəbəsində keçirilib. Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, qəsəbənin “Şərq” yaşayış sahəsinin 12-ci döngəsində sakinlərlə keçirilən məhəlli görüşün məqsədi, ərazinin infrastruktur probleri ilə bağlı görülən işlərlə tanış olmaq, sakinlərə müraciətləri əsasında deputatın gördüyü tədbirlər və görülməsi nəzərdə tutulan işlərlə bağlı məlumatlar vermək olub. Məlumatda bildirilir ki, görüşdə sakinlərin əlavə etdikləri bütün əsaslı müraciətlər də qeydə alınıb, digərləri ilə bağlı isə izahatlar verilib. Sakinlərlə milli və dövlətçilik naminə birlik nümayiş etdirmək, eləcə də təxribatçı, bölücü və separatizmi yayan cərəyanlara uymamaq və bu cür hallara qarşı mübarizə aparmaq barədə söhbətlər aparılıb.
Sakinlər də öz növbələrində millət vəkilinin həmişə onların bütün müraciətlərinə diqqətlə yanaşdığına və problemləri ilə yaxından maraqlandığına görə təşəkkürlərini və onu dəslədiklərini, eləcə dövlətçilik maraqlarının qorunması istiqamətində F.Quliyevin çıxışlarını diqqətlə izlədiklərini və bu prinsiplərə sadiq olduqlarını bildiriblər.
Deputatın köməkçisi verdiyi məlumatda onu da qeyd edib ki, F.Quliyev deputat seçildiyi ərazi üzrə ona müraciət olunub-olunmamasından aslıl olmayaraq irili-xırdalı bütün problemləri nəzarətinə götürüb, həlli istiqamətində işlər görür, həlli çətin olan problemlərlə bağlı isə dəfələrlə Milli Məclisin komitə və plenar iclaslarında məsələlər qaldırıb. Onun sözlərinə görə, həm sonuncu görüşün keçirildiyi ərazi ilə bağlı, həm də qəsəbəsinin digər bir neçə problemi var ki, maliyyə çatışmazlığı səbəbindən həlli mükün olmayıb, onların həlli üçün növbəti ildə dövlət tərəfindən vəsaitin ayrılması ilə bağlı millət vəkili Milli Məclisdə məsələ qaldıracaq.
MDHP Mətbuat Xidməti

Geri dön