Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Lahıcdakı Bədöyün məscidində başlanmış arxeoloji tədqiqatlar davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, DAVAMın yazıları > Lahıcdakı Bədöyün məscidində başlanmış arxeoloji tədqiqatlar davam edir

Lahıcdakı Bədöyün məscidində başlanmış arxeoloji tədqiqatlar davam edir


01 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscıdində arxeoloji tədqiqat işlərinə başlamışdır.

Xüsusi olaraq vurğulayaq ki, 03 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lahıca səfər etmişdir. Lahıclılarla görüş zamanı qəsəbənin ağbirçək sakini Püstə Əliyeva Mehriban xanıma Bədöyün məscidinin acınacaqlı vəziyyətdə olması haqqında məlumat vermişdir. Məscidi ziyarət edən Birinci xanım abidənin dərhal təmir edilməsi haqqında tapşırıq vermişdir.

Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən abidədə təmirdən əvvəl arxeoloji tədqiqat işlərinin aparılması qərarlaşdırılmışdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəisi t.ü.f.d. Akif Quliyevin məlumatına görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı və s. məsələlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyinin reyestrinin qeydiyyat nömrəsinə (İnv.№ 4381) görə abidə 1791-ci ildə inşa edilmişdir. Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri1295-ci il (1878-ci il) və hicri1323-ci (1905-ci il) tarixləri qeyd edilib.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Geri dön