Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suriya dövlət televiziyasının yayımı dayandırıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Suriya dövlət televiziyasının yayımı dayandırıldı

Suriya dövlət televiziyasının yayımı dayandırıldı


Misirin “Nil Sat” peykindən yayımlanan Suriyanın rəsmi televiziya yayımları dayandırılıb.Bu qərarın Ərəb Birliyinin məsləhətiylə qəbul olunduğu bildirilir. Ərəb Birliyinin nazirləri 19 iyulda Suriyanın rəsmi televiziyasının “Nil Sat”dan yayımının dayandırılmasını istəmişdi. Yayım çərşənbə günü dayandırılıb.

Suriyanın informasiya nazirliyi rəsmi xəbər agentliyini SANA-da verdiyi açıqlamada qərara öz etirazını bildirib. Nazirlik bu qərarın “Suriyanı hədəf alan qərar” kimi xarakterizə edib, müqavilələrin və etik (əxlaqi) qaydalarını pozulduğunu bildirib.

Geri dön