Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbilli “Traxtur” tərəfdarları yardım etmək üçün zəlzələ bölgəsinə gediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Ərdəbilli “Traxtur” tərəfdarları yardım etmək üçün zəlzələ bölgəsinə gediblər

Ərdəbilli “Traxtur” tərəfdarları yardım etmək üçün zəlzələ bölgəsinə gediblər


Güney Azərbaycanın Ərdəbil şəhərindən olan “Traxtur” futbol komandasının tərəfdarları zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədi ilə təbii fəlakət bölgəsinə gediblər.
Onlar təbii fəlakətdən zərərçəkənlərə yardım etməklə yanaşı hadisə yerindən video və görüntülər də yayıb. Vərənkeş kəndində çəkilən bir videoda fəallar əhalinin ehtiyaclarını sadalayıb. Onlar zəlzələ bölgəsində yemək, içməli su, qızınmaq üçün vasitələr, geyim, dava-dərman və s. kimi yardımlara ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Güney Azərbaycanın Doğu Bölgəsində baş verən dağıdıcı zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür. Dövlətin bölgəyə etdiyi yardım heç nəyi həll etmir. Sarabda istilik vasitələri olmadığı üçün çadırda qalanlardan ikisi dəm qazından zəhərlənərək ölüb. Soyuq hava şəraiti bölgədəki vəziyyəti daha da ağırlaşdırıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)


Geri dön