Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcü şairi Azərbaycan bayrağına şeir həsr edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Gürcü şairi Azərbaycan bayrağına şeir həsr edib

Gürcü şairi Azərbaycan bayrağına şeir həsr edib


Əslən Qax rayonundan olan və hazırda Bakı şəhərində yaşayan və bədii yaradıcılıqla məşğul olan, neçə-neçə kitabların müəllifi olan istedadlı gürcü şairi Giya Paçxataşvili 9 noyabr- Dövlət Bayrağı Gününə şeir həsr edib. Şeiri oxuculara təqdim edirik.

Azərbaycan bayrağı

Bir əsrlik yol gələn,
Enməməkçün yüksələn,
Düşmən gözləri dələn
Rəsulzadə çırağı -
Azərbaycan bayrağı!

Səmadan enmiş Quran,
Azadlıq tamlı dövran,
Şəhidin verdiyi qan...
Qonaqpərvər torpağım -
Azərbaycan bayrağı!

Pak amal fəlsəfəsi,
Hürriyyətin gur səsi,
Sönməz günəş şöləsi...
Qələbələr sorağı -
Azərbaycan bayrağı!

Bəzəyir Göyü, Yeri,
Vətənpərvərlər piri,
Zamanın ürək şeiri...
Həqiqətin yarağı -
Azərbaycan bayrağı,
Azərbaycan bayrağı!


Giya PAÇXATAŞVİLİ



Geri dön