Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda keçmiş deputatın kitabı nəşr olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstanda keçmiş deputatın kitabı nəşr olunub

Gürcüstanda keçmiş deputatın kitabı nəşr olunub


Marneulidə fəaliyyət göstərən ki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya mərkəzində parlamentin keçmiş deputatı Hidayət Hüseynlinin “Əvvəlki Hidayətəm” adlı şeir kitabının təqdimat mərasimi keçirilib. Tədbiri professor Mahmud Kamaloğlu açıb və parlamentin iki çağırışında deputat seçilmiş Hidayət Hüseynlinin yaradıcılığı barədə söz açıb. Sonra filoloq Zahid Nəsibov Hidayət Hüseynlinin kitabları haqqında fikirlərini bildirib.
Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya mərkəzinin icraçı direktoru Aygül İsayeva, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, parlamentin sabiq deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, yazıçı və şairlərdən Əli Abbas, Nizami Paşa Saraçlı, Osman Əhmədoğlu, Akif Xansultanlı, ziyalılardan Məhəmməd İsmayılov və digər qələm sahibləri yeni kitabın təqdimatı mərasimində ürək sözlərini və H. Hüseynli ilə bağlı xatirələrini söyləyərək ona uğurlar arzulayıblar.
Sonda H. Hüseynlinin nəvəsi Sevinc Məmmədova babasının şeirlərini xüsusi intonasiya ilə söyləyib. Tədbirdə öz ecazkar səsi ilə məclisi şənləndirən Aşıq Nargilənin aşıq mahnılarını özünəməxsus ifa ilə çalıb-çağırması iştirakçıların alqışlarına səbəb olub.
Tədbirdə iki kitab müəllifi olan və ömrünün 75 baharını yola salan uğurlu qələm sahibi, məzmunlu şeirlər müəllifi olan Hidayət Hüseynli tədbir iştirakçılarına təşəkkürünü bildirib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön