Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın tanınmış jurnalisti vəfat edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanın tanınmış jurnalisti vəfat edib

Azərbaycanın tanınmış jurnalisti vəfat edib


Azərbaycanın tanınmış jurnalisti dünyasını dəyişib. Bu gün həyatının 66-cı ilində tanınmış jurnalist, Rusiyanın “İTAR-TASS” informasiya agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Şulman vəfat edib.

Viktor Şulman Bakıda anadan olub və həmişə bu şəhəri öz doğma şəhəri sayıb. O, bütün həyatını jurnalistikaya həsr edib. Əmək fəaliyyətinə Şirvan şəhərinin (o vaxtkı Əli-Bayramlının) qəzetində başlayan Şulman sonradan uzun illər “AzərTAc”da işləyib, 1993-cü ildə isə “İTAR-TASS”ın Azərbaycandakı xüsusi müxbiri olub və həyatının sonuna kimi burada işləyib. Viktor Şulman Azərbaycanın az saylı jurnalistlərindəndir ki, Qarabağ hadisələrini birbaşa münaqişə zonasından işıqlandırıb. Bir insan və jurnalist kimi o həmişə vicdanlı və obyektiv olması ilə seçilib. 2005-ci ildə ona “Azərbaycanın əməkdar jurnalisti” adı verilib.

Geri dön