Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda evlərə divan tutan şəxslər tutuldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Bakıda evlərə divan tutan şəxslər tutuldu

Bakıda evlərə divan tutan şəxslər tutuldu


Saxlanılan şəxslərin birindən narkotik tapılıb


Paytaxt polisi evləri qarət edən şəxsləri həbs edib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Firuz Nəzərəliyev şübhəli şəxs qismində saxlanılıb və ondan 0,324 qram narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, F.Nəzərəliyev Şamaxı rayon sakini Ramil Alıyevlə birlikdə mayın 17-də Albalılıq massivində yaşayan Rüstəm Cabbarovun evindən pəncərədən keçməklə televizor, DVD, kompüter, yataq dəsti və sentyabrın 2-dən 5-dək olan müddətdə Bakı şəhər sakini Hicran Əsgərova məxsus Albalılıq bağ massivində yerləşən bağ evindən pəncərədən keçmə yolu ilə 500 manat, qızıl-zinət əşyası, noutbuk, DVD, kondisioner, məişət əşyaları oğurlayıblar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində R.Alıyev sentyabrın 6-da yaxalanıb. Onların ətrafında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində martın 27-də Buzovna qəsəbəsi G.Məmmədov küçəsində yaşayan İntizar Əsgərovun mənzilindən qapını sındırma yolu ilə 15 min manat, mayın 19-da İ.İbrahimov küçəsində yaşayan Südabə Heydərovanın, iyulun 1-də Binə qəsəbə sakini Surac Dadaşovun, iyulun 19-da Buzovna qəsəbəsi Neftçilər küçəsində yaşayan Nuriyyə Yusibovanın mənzillərindən qızıl-zinət əşyaları, avqustun 4-də isə Binə qəsəbəsində yaşayan Fikrət İsmayılovun mənzilindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 3000 manat, noutbuk və qızıl-zinət əşyaları oğurladıqları məlum olub.

Geri dön