Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır

Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır


Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yönəlib. Bu gün Azərbaycan diplomatiyasının üzərinə olduqca böyük bir məsuliyyət qoyulub və hər bir Azərbaycan diplomatı bu məsuliyyəti dərk edir və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün bütün təcrübəsini və savadını səfərbər edir. Bu fikri jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib. Səfir qeyd edib ki, bu gün Azərbaycan diplomatiyası müasir dünyamızın çağırış və təhdidlərinə cavab verir və beynəlxalq aləmdə dövlətimizin müsbət imicinin formalaşdırılması istiqamətində bütün səyləri əsirgəmir və eləcə də müstəqil dövlətimizə yönələn mümkün geosiyasi risklərin yaranmasına imkan vermir.
"Təəssüflər olsun ki, 27 ildən artıqdır Azərbaycanın tarixi torpaqları, o cümlədən Dağlıq Qarabağ ərazisi erməni işğalı altındadır. Ona görə də Azərbaycan diplomatiyasının əsas fəaliyyət istiqaməti bu münaqişənin həllinə yönəlib. Erməni diplomatları tərəfindən xarici dövlətlərdə ölkəmizə qarşı yönəlmiş çirkin əməllərin, təxribatların qarşısının alınması üçün tərəfimizdən daim işlər aparılır. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması diplomatiyamızın qarşısında duran ən mühüm vəzifələrdəndir”, - deyə səfir əlavə edib.
A.Xudiyev iqtisadi diplomatiyaya da çox böyük önəm verildiyini söyləyərək bildirib ki, Azərbaycana xarici sərmayələrin cəlb edilməsi üçün diplomatik missiyalarımız tərəfindən bütün lazımi işlər aparılır. Səfir onu da qeyd edib ki, Ukraynada vətəninə və dövlətinə ürəkdən bağlı olan bir çox vətənpərvər iş adamı mövcuddur. Burada Vətənini, dövlətini sevən azərbaycanlılar çoxdur. Onlar fərdi şəkildə Azərbaycanın təbliği istiqamətində səfirliyimiz tərəfindən işlənib hazırlanan layihələrin həyata keçirilməsində bizə daim dəstək olurlar.

DAVAM.AZ.
“Kiyev Bürosu” (Ukrayna)

Geri dön