Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > On ayda banklar tərəfindən 7 milyard manat kredit ayrılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > On ayda banklar tərəfindən 7 milyard manat kredit ayrılıb

On ayda banklar tərəfindən 7 milyard manat kredit ayrılıb


Yanvar-oktyabr aylarında ölkədəki banklar tərəfindən 7 milyard manat kredit ayrılıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri vəzifəsini icra edən İbrahim Alışov noyabrın 14-də “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” adlı forumda deyib.
“Bu məbləğin 3,1 milyard manatı istehlak, 3,9 milyard manatı isə biznes üçündür. Bankların kredit portfelinin 6 milyard manatı istehlak, qalan 7,6 milyard manatlıq hissəsi isə biznes kreditlərinin payına düşür. Bank olmayan kredit təşkilatlarının kredit portfeli isə 220 milyon manat təşkil edir”, - deyə o bildirib.

DAVAM.AZ


Geri dön