Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SECO Cənubi Qafqaz ölkələri üzrə 4 illik strateji plan hazırlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > SECO Cənubi Qafqaz ölkələri üzrə 4 illik strateji plan hazırlayıb

SECO Cənubi Qafqaz ölkələri üzrə 4 illik strateji plan hazırlayıb


İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz ölkələri üzrə 4 illik (2021-2024) strateji plan hazırlayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, bunu SECO-nun Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Daniyel Myuli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və SECO-nun digər rəsmilərindən ibarət nümayəndə heyəti ilə baş tutan görüşündə deyib. Bundan əlavə, D. Myuli SECO-nun dəstək göstərə biləcəyi sahələr üzrə Palatanın təkliflərinin təqdim edilməsini xahiş edib.
Qeyd edək ki, görüş zamanı İsveçrə-Azərbaycan əlaqələri, SECO-nun maliyyə sektoru üzrə islahatlara verdiyi dəstək, həmçinin Palata və SECO arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

DAVAM.AZ


Geri dön