Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ariel Koen: Trans-Xəzər boru kəməri layihəsinin inkişafı üçün Türkmənistan Azərbaycanla işləməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Ariel Koen: Trans-Xəzər boru kəməri layihəsinin inkişafı üçün Türkmənistan Azərbaycanla işləməlidir

Ariel Koen: Trans-Xəzər boru kəməri layihəsinin inkişafı üçün Türkmənistan Azərbaycanla işləməlidir


Türkmənistan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsi texniki olaraq asan icra olunandır. Bunu Atlantika Şurasının böyük elmi işçisi və “International Market Analysis Ltd”nin təsisçisi Ariel Koen deyib. O bildirib ki, Türkmənistan qaz yataqlarını ixrac qaz kəmərinə bağlayacaq layihə uzun illər müzakirə olunub: “Bu layihəni texniki olaraq reallaşdırmaq çox asandır. Bunun üçün sadəcə Xəzərin Türkmənistan və Azərbaycan sektorları arasında 120 kilometrlik boru kəməri çəkmək tələb olunur”.
Ekspert bildirib ki, bu, həyat qabiliyyətli layihədir: “Avropalılar bu məsələdə böyük rol oynamalıdır və daha qətiyyətli və inadkar olmalıdır. Layihənin inkişafı üçün Türkmənistan Azərbaycanla və layihəyə cəlb oluna biləcək beynəlxalq neft-qaz şirkətləri ilə işləməlidir”.
Onun sözlərinə görə, layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı və ya Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri hesabına reallaşdırmaq lazımdır: “Belə ki, bu, tamamilə reallaşdırıla bilən layihədir. Bu layihə uzun illər əvvəl reallaşdırılmalı idi, amma, yəqin ki, növbəti onillikdə baş tutacaq”.
Qeyd edək ki, Trans-Xəzər boru kəməri Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

DAVAM.AZ

Geri dön