Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəhranın doğulduğu evin qapısına banner asıldı: “Azərbaycan başın sağ olsun! Yasımızı özümüz tutarıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Zəhranın doğulduğu evin qapısına banner asıldı: “Azərbaycan başın sağ olsun! Yasımızı özümüz tutarıq”

Zəhranın doğulduğu evin qapısına banner asıldı: “Azərbaycan başın sağ olsun! Yasımızı özümüz tutarıq”


Güney Azərbaycanda baş verən zəlzələ bölgəsində əhalinin əsas problemlərinin aradan qaldırılmadığına dair hər gün yeni material yayılır. Miyananın Vərənkeş kəndi, xüsusi ilə də zəlzələdə həlak olan azyaşlı Zəhranın atası evini əks etdirən video yayılıb. Çərşənbə günü çəkilən videoda görünür ki, hökumət rəsmiləri yalnız görüntü olaraq bölgəyə gedir və müxtəlif vədlər verirlər. Lakin onlar verdikləri vədə əməl etmir. Ölümündən sonra sosial şəbəkələrdə məşhurlaşan Zəhranın atası evində hələ də dağıntıların təmizlənməsi əməliyyatı başa çatmayıb.
Zəhra Abedinin əvvəllər Səhənd kanalının “Kəndimiz” proqramına danışdığı sözlər ölümündən sonra verilişin aparıcısı Fərdin Allahyari tərəfindən yayılıb. Onun məktəblərindəki problemləri dilə gətirməsi və şirin danışığı eşidənləri çox kədərləndirir. Azyaşlının atası və Hacər Mirzayi adlı bir xanım Zəhranın kənddə tibbi mərkəz və dava-dərmanın olmadığından öldüyünü bildirib. “Qızım dağıntıların altından diri çıxarıldı. O xəstəxanaya çatdırıldı, lakin oksigen balonu və həkim olmadığından həyatını itirdi.”- deyə azyaşlının atası bildirib. Noyabrın 13-də Zəhranın dünyaya göz açdığı evin qapısından başsağlığı banneri asılıb. Ərdəbildən olan azərbaycanlı milli-mədəni fəallar tərəfindən hazırlanan bannerdə “Azərbaycan başın sağolsun! Yasımızı özümüz tutarıq” sözləri yazılıb.
Qeyd edək ki, Zəhra Abedinin adı yanlış olaraq sosial şəbəkələrdə Reyhanə kimi qeyd olunub. Lakin Reyanə videoda Zəhranın yanında görünən qız uşağıdır. Təəssüflə Reyhanə də təbii fəlakət zamanı həyatını itirib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön