Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda kütləvi aksiyalara görə məktəblər bağlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > İranda kütləvi aksiyalara görə məktəblər bağlandı

İranda kütləvi aksiyalara görə məktəblər bağlandı


İranın Fars əyalətinin Şiraz şəhərində bütün məktəb və universitetlər bağlanıb.
Məktəb və universitetlətin bağlanması İranda benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda məktəbli və tələbələrin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Bundan başqa, İranın əksər əyalətində məktəblər yağış, qar və hava çirklənməsi səbəbindən fəaliyyətini dayandırıb. Bəzi əyalətlərdə isə dərs saatları təxirə salınıb. Məlumata əsasən, Buşehr əyalətində güclü yağışlar, Çahar-Mahal və Bəxtiyari, Mərkəzi, İsfahan, Kohgiluyə və Buyir-Əhməd, Əlborz vilayətlərində qar və şaxta, Xuzistan vilayətində hava çirklənməsi nəticəsində bir sıra məktəblər fəaliyyətini dayandırıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)


Geri dön