Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar

Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar


Paytaxt Tiflisdə parlament binasına girişi bloklayan etirazçılar millət vəkillərinin binaya daxil olmasına icazə verməyiblər. Hakim “Gürcü arzusu” pariyasından olan millət vəkilləri Revaz Arveladze və Merab Kvaraia parlament binasına daxil olmaq istəsələr də, etirazçıların təzyiqi və hədələri səbəbindən ərazidən uzaqlaşmalı olublar. R.Arveladze bu gün parlamentə gələn ilk millət vəkili olub. Nümayişçilər tələbləri qəbul edilənədək ərazidən ayrılmayacaqlarını açıqlayıblar.
Qeyd edək ki, Tiflisdə artıq 5-ci gundur davam edən etiraz aksiyalarında müvəqqəti hökümətin qurulması, proporsional qaydada parlament seçkilərinin keçirilməsi və hazırki Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsi tələb edilir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)



Geri dön