Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalq molla rejiminin ideoloji mərkəzlərinə od vurdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Xalq molla rejiminin ideoloji mərkəzlərinə od vurdu

Xalq molla rejiminin ideoloji mərkəzlərinə od vurdu


İran adlı ölkədə benzinin bahalaşmasına görə keçirilən etirazlar zamanı insanlar Şiraz və Kazirun şəhərlərində yerləşən “elmi hövzə” adlanan dini mədrəsələrə od vurublar. Məlumatlara əsasən, mədrəsələn şənbə günü axşam yandırılıb. Kazirunun əhalisi bu rayonda fəaliyyət göstərən “Salihiyyə Məktəb-əs-Sadiq” adlı mədrəsəyə od vurublar.
Şiraz əhalisi isə şəhərin “Xatəmül-Ənbiya” adlı mədrəsəsini yandırıraraq, benzinin qiymətinin bahalaşdırılmasının əvəzinə, dini təhsil müəssisələrinə ayrılan pulun dayandırılmasını tələb ediblər. Mədrəsə rəhbərliyi hadisə nəticəsində bir neçə mollanın döyüldüyü və yaralandığını iddia edib.
Qeyd etmək lazımdır ki, etirazların davam etdiyi ötən 3 gün ərzində yarıtmaz rejimdən qəzəblənən xalq banklara, elmi hövzələrə, Bəsic qüvvələrinə məxsus binalara, dövlətin xidməti avtomobillərini, mollaxanalara və digər bu tipli yerlərə od vurublar. Xalq kasıblıq, bahalıq və ağır iqtisadi vəziyyətə görə axund rejimini günahlandırır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön