Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda gecələr də etirazlar davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycanda gecələr də etirazlar davam edir

Güney Azərbaycanda gecələr də etirazlar davam edir


Güney Azərbaycanda irqçi fars-molla rejiminə qarşı etirazlar gecə boyu davam edib.
Başkənd Təbrizin Yekədükan və Qırxmetir məhəllələrində gecə davam edən etirazlar zamanı benzindoldurma məntəqələri yandırılıb. Təbrizin həmçinin bir sıra məhəllələri, o cümlədən Hökməvar və s. məhəllələrdə də gecə boyu əhalinin etirazı davam edib.
Güney Azərbaycanın Zəncan şəhərində də etirazlar gecə boyu davam edib. İrqçi fars rejimin polis qüvvələri Zəncanın Dilcuyi prospektində etirazçıları dağıtmaq üçün göz yaşardıcı qaz, bibərqazı spreyi və su şırnaqlarından istifadə edib. İrqçi fars rejim Güney Azərbaycanın əksər şəhərlərində etirazlar barədə məlumatın çatdırılmaması məqsədilə interneti kəsib. Nəticədə gecə boyu davam edən etirazlar barədə məlumat kəsb edib, video və şəkillər almaq mümkün olmayıb.
Qeyd edək ki, bu videolarda həmin olaylar öz əksini tapıbdır:
https://www.youtube.com/watch?v=4nGEuLgObQE
https://www.youtube.com/watch?v=q2_qj5yZHIE&feature=emb_title


DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön