Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sağlam gənclik sağlam gələcəkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Sağlam gənclik sağlam gələcəkdir

Sağlam gənclik sağlam gələcəkdir


Nizami (Gəncə) Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhərindəki 1 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Samir Həsənov narkomaniya əleyhinə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. Bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb. Qalır bu imkanlardan yararlanmaq üçün yaxınlar, doğmalar arasında təbliğat aparmaq. Rəis bildirib ki, əgər qonşunu narahat edən bu problemin həllində kimsə yardımını əsirgəsə, sabah onun özü də belə təhlükə ilə üzbəüz qala biləcəyini düşünməlidir. Ən azından üzləşdiyi, eşidib-bildiyi təhlükə barədə polisə məlumat verməlidir.
Təhsil müəssisəsinin direktoru iştirakçılara belə maarifləndirici tədbirlərin həm şagirdlər, həm də müəllimlər üçün əhəmiyyətini yüksək dəyərləndirib. Qeyd edib ki, istər valideynlər, istərsə də müəllimlər yeniyetmə və gənclərin həyat tərzi, maraq dairəsi ilə maraqlanmalı, onlara yardım etməlidirlər. Çünki xoşbəxt gələcək məhz müasir təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən asılıdır. Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş olunub.

DAVAM.AZ
“Gəncə Bürosu”

Geri dön