Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneulidə 81 ailə torpaq vergisindən azad edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulidə 81 ailə torpaq vergisindən azad edildi

Marneulidə 81 ailə torpaq vergisindən azad edildi


2019-cu ilin iyul ayında təbii fəlakətdən zərər çəkən əhalinin bu ilki kənd təsərrüfatı torpaq sahəsinin vergisini Marneuli meriyası ödəyəcək. Bu barədə məlumatı yerli özünüidarəetmənin rəhbər şəxsləri cari ilin iyul ayında təbii fəlakət nəticəsində ziyan dəymiş kənd təsərrüfatı torpaq sahələrinin sahibləri ilə görüş zamanı bildiriblər.
Görüşdə qeyd olunub ki, baş verən təbii fəlakətlə bağlı məlumatın hesablanması, Meriyada, fəlakətin fəsadlarını aradan qaldirmaq üçün yaradılan işçi qrupunun üzvləri tərəfindən, həmçinin inzibati ərazi vahidlərində mer nümayəndələrinin, vətəndaşlarla birlikdə Kvemo Kartli Kənd Təsərrüfatı Agentliyinin nümayəndələrinin iştirakı ilə problemin aradan qaldırması isdiqamətdə işlər aparılıb. Müzakilərdən sonra Komissiya, Munisipalitet nümayəndəliyinə müraciət edərək, fəlakətdən zərər çəkmiş kənd təsərrüfatı torpaqlarında vergiyə cəlb olunan əmlakın qanuna uyğun olaraq azad edilməsini xahiş edib.
Qeyd edək ki, tövsiyə 50% -dan çox itkisi olan 80-dən çox ailəyə təqdim olunub.
Görüşdə Marneuli meri Zaur Darğallı, merin müavini Laşa Lobcanidze və Marneuli Sakrebulosunun sədri - Amiran Qiorqadze iştirak ediblər. Xatırladaq ki, cari ilin iyul ayında güclü təbii fəlakət nəticəsində Marneuli bələdiyyəsinin bir neçə kəndinin əhalisi zərər görüb. dam örtüyünə 30 % dən çox ziyan dəymiş evlərə hakimiyyət tərəfindən yeni dam örtükləri paylanılmışdır. dam örtüyünə 30 % dən az ziyan dəymiş ailələrə isə maddi yardım edilib. Zərər görmüş Kənd təsərrüfatı torpaq sahələrinin sahibləri isə vergi ödənişindən azad edildilər.


DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön