Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tiflisdə müxalifət etiraz aksiyasını yenidən bərpa edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Tiflisdə müxalifət etiraz aksiyasını yenidən bərpa edib

Tiflisdə müxalifət etiraz aksiyasını yenidən bərpa edib


Gürcüstanın başkəndi Tiflisdə müxalifətin parlamentin binası qarşısında etiraz aksiyası yenidən bərpa edilib. Aksiyanın keçirildiyi ərazidə bu gün əlavə çadırlar quraşdırılıb. Əraziyə hüquq-mühafizə orqanı əməldaşları gətirilib. Rustaveli prospektində avtomobillərin hərəkəti maneəsiz davam edir.
Qeyd edək ki, bu Gürcüstan parlamentinin proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya qanununu qəbul etmədiyi gündən sonra Tbilisidə ardıcıl 6-cı mitinqdir. Bu gün mitinqdə müxalifətin yeni fəaliyyət planı elan olunub. Bildirilib ki, müxalifət parlamentin binasını yenidən blokadaya alacaq. Bundan başqa, müxalifət noyabrın 24-də daha böyük izdihamlı mitinq keçirmək niyyətindədir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön