Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda 1 dollar “11 min 600 Xomeyni” oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > İranda 1 dollar “11 min 600 Xomeyni” oldu

İranda 1 dollar “11 min 600 Xomeyni” oldu


Son 14 iş günü ərzində İran adlı ölkənin başkəndi Tehranın azad valyuta bazarında dolların məzənnəsi təqribən 400 tümən civarında bahalaşıb. Mərkəzi Bank tərəfindən təklif edilən dolların qiymətində də 50 tümənlik bahalaşmada müşahidə olunur. Ötən gün Tehranın azad valyuta bazarında 1 dollar 11 min 600 tümən qarşılığında müamilə edilib. Halbuki bu rəqəm 14 iş günündən əvvəl- yəni oktyabrın 24-dən 11 min 200 tümən təşkil edirdi. Bu isə göstərir ki, qeyd edilən müddət ərzində hər iş günü dolların satışında 28.5 dollar bahalaşma olub. Avronun məzənnəsi isə ötən gün ərzində 12650- 12790 tümən arasında dəyişib.
Dünya bazarında qızılın qiymətinin ucuzlaşmasına baxmayaraq, İranda bu sahədə də dolların bahalaşmasına görə qiymət artımı nəzərə çarpır. Belə ki, ölkədə hər bir qızıl sikkənin qiyməti 4 milyon 20 min tümənə qədər yüksəlib. Ötən gün dünya bazarında isə hər qızıl unsiyası 4 dollar 70 sent ucuzlaşaraq, 1450 dollar 70 sent qarşılığında müamilə edilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön