Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib


Beynəlxalq Muğam Mərkəzində Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğluya həsr olunan “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” adlı ədəbi-bədii gecə keçirilib.
Kompozisiyada V.Səmədoğlunun “Öküz yolu” pritçasından, “Sevgilim, mən öləndə...”, “Yatmaq istəyirəm...”, “İçimə məhəbbət yazır...”, “Əlimi uzatdım...”, “Ömrün gecəsi gələndə...”, “Şair kimi yox, şeir kimi ölmək istəyirəm...” və digər şeirlərindən istifadə olunub. Bədii kompozisiyada Teatr sənəti fakültəsinin tələbələri çıxış ediblər.
Tədbirdə, həmçinin Musiqi sənəti fakültəsinin tələbələri V.Səmədoğlunun sözlərinə bəstələnmiş “Uzaq yaşıl ada”, “Sən gələndə”, “Qız əlləri”, “Kimsən sən?”, “Çiçək yağışı”, “Bir axşam taksidən düşüb payıza” (bəstəkar Emin Sabitoğlu), “Bəlkə də” və “Dön, geri dön” mahnılarını səsləndiriblər.


DAVAM.AZ

Geri dön