Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misir Mərdanov: Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulunda ədalətli seçim aparılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Misir Mərdanov: Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulunda ədalətli seçim aparılır

Misir Mərdanov: Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulunda ədalətli seçim aparılır


Azərbaycanın təhsil naziri bəyan edib ki, orta məktəb müəllimlərinin işə qəbulundə ədalətli seçim aparılır.
"Mən şəxsən müəllimlərin içə qəbulu prosesinə qarışmıram. Bu işi müvafiq komissiya və xüsusi proqram həyata keçirir. Müəllimin seçimi ədalətli aparılır" Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, müəllim olmaq istəyən hər kəs sənədlərini təqdim edərək internet vasitəsilə imtahan verib arzu etdiyi yerlərdən birini tuta bilir. Əgər tuta bilməzsə, yenidən hazırlaşmalı və gələn il bir daha imtahan verməlidir.
"Bu gün biz məktəbə məbəd kimi baxırıq. Buna görə də məbədə hər bir adamı göndərməyə mənəvi haqqımız yoxdur", Mərdanov deyib.
Nazirin sözlərinə görə, bu il orta məktəblərdəki vakant yerlərə 16 mindən çox namizəd sənəd verib. Artıq onlardan 3000 nəfərə yaxını işə qəbul olunub.
Nazir deyib ki, Azərbaycanın bölgələrdəki orta məktəblərində vakant müəllim yerləri hələ də var.
"Bu problemi bir ilə həll etmək mümkün deyil. Elə adamlar var ki, qəbul olunduqları yerlərə getmədilər. O yerlər onları qane etmədi, ona görə də bir-iki ilin içində bu problemi həll etmək qeyri-mümkündür"-nazir əlavə edib.

Geri dön