Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alpaqut üzrə ikinci dünya çempionatında böyüklər mübarizəyə başlayıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Alpaqut üzrə ikinci dünya çempionatında böyüklər mübarizəyə başlayıblar

Alpaqut üzrə ikinci dünya çempionatında böyüklər mübarizəyə başlayıblar


Bakıda, “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatının son gününün yarışları keçirilir. Çempionatın üçüncü - son günündə böyüklər mübarizəyə başlayıblar. Dünya çempionatında 17 yaşa qədər idmançıların yarışında artıq qalib və mükafatçılar müəyyənləşib. Medal qazanan idmançılar arasında Azərbaycan komandası irəlidədir. Bu gün dünya çempionatının qalib və mükafatçıları məlum olacaq.
Çempionatda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparır. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunur.
Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında birinci, Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.

DAVAM.AZ


Geri dön