Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz – milli sərvətimizdir” adlı konsert proqramı təqdim edilib.
Konsert “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşıb. Gecədə dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Bir-birindən parlaq və rəngarəng kompozisiyaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadənin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən tədbirlər gənc nəslin dünyagörüşünün formalaşmasında, Azərbaycan və dünya musiqisinin təbliğində əvəzolunmaz rol oynayır.

DAVAM.AZ

Geri dön