Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib

Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib


Özbəkistanın qədim Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib. Bu barədə qərar Fransanın ipəkçilik mərkəzi kimi tanınan Lionda keçirilən ipəkçilik üzrə beynəlxalq festivalda qəbul olunub. Tədbirdə ipək istehsal edən beynəlxalq şəhərlər şəbəkəsinin yaradılması haqqında deklarasiya da imzalanıb. Lion (Fransa), Valensiya və Barselona (İspaniya), Komo (İtaliya), Londrina və Kuritaba (Braziliya), Kioto və Yokohama (Yaponiya), Xancou və Nançun (Çin), Səmərqənd və Buxara (Özbəkistan), Tbilisi və Batumi (Gürcüstan) ipəkçilik şəhərləri statusu əldə ediblər. Festivalda İpəkçilik Şəhərləri Beynəlxalq Assosiasiyasının növbəti yığıncağının 2020-ci ildə Səmərqənddə keçirilməsi qərara alınıb.

DAVAM.AZ
“Daşkənd Bürosu” (Özbəkistan)


Geri dön