Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Voleybol üzrə Azərbaycan millisi Latviya yığması ilə qarşılaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Voleybol üzrə Azərbaycan millisi Latviya yığması ilə qarşılaşıb

Voleybol üzrə Azərbaycan millisi Latviya yığması ilə qarşılaşıb


Gürcüstanın başkəndi Tiflisdə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı davam edir. Çempionatda 9 ölkənin milli komandası mübarizə aparır. Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə birgə yer alıb. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri yarışırlar. Yığmamız turnirdə sonuncu oyununu keçirib. Latviya komandası ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub. Millimiz çempionat çərçivəsində Ukrayna və Rusiyaya 0:3, Gürcüstana isə 1:3 hesabı ilə uduzub. Yarışın reqlamentinə əsasən, çempion Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)



Geri dön