Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mənə dindən danışma!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Mənə dindən danışma!

Mənə dindən danışma!


Güney Azərbaycan mücahidlərinin dilindən...

Mənən dindən danışma!
Düşünən varmı dini?!
- Niyə İslam ölkəsi
Olub kafir məskəni

Əli məzlum qanına
Batan ilə görüşür,
İblisin yatağında
Yatan ilə görüşür...

Bizə gülümsəyərək
Onlara çıxır arxa,
Ondan ilhamlanaraq
Hücum eyləyir dığa.

Var düşmən əsgərinə
Onun dadı, köməyi,
Bizi əzir, illərdir
Ona verir çörəyi.

Məgər “İslam rəhbəri”
Belə olarmı görən?!
- Öz dilini sevəni
Asan, edam etdirən?!

“İslam, İslam” deyərək
Xaraba qoydu bizi,
Onun üçün qan tökmək
“Şəriət” bəhanəsi!

Erməni abidəsi
Önündə baş əyərək,
Əmr etdi: edam edin,
Yazıq Türkü, Türkməni!

Saqqal saxlamaq ilə
Özünü “İmam” sanır,
Dini İslam Türkləri
Qəbul etmir, o danır!

“Ali irq”-dir guya ki,
Hər şey onundur, onun,
Yaman tez unudubdur
Sasanilərin sonun!

Min il gücü çatmadı
Bu torpağa, bu elə,
Fahişə olub gavura,
İndi qalxıbdır zilə...

“1925”
İngilis projesi,
Rusun köləsi olub
“79 şiəsi”...

Daha nələr, nələr var,
“Dini dar” şarlatanda!
Yazsam poema olar,
Çap eyləsəm zamanda...

Dinin adın batırır
Kələyi, hiyləsiylə,
Varlığı qara ləkə
Uca islam dininə!

Gərək bilsin müsəlman,
Gərək tanısın onu –
- Çöhrəsi “Nurlu İmam”
Xisləti kafir soyu.

*** *** ***

İllərdir aldadırlar
Bu milləti “din” deyə!
Gizli uyuştururlar,
“Ağa”-ya qul etsin deyə.

Ancaq anlamayırlar,
Bəlkə də bilməyirlər,
Şahı devirən bu Xalq
Mollanı da məhv edər!!!
Mollanı da məhv edər!!!

*Elşən İsmayıl*
Yanıqlı bir saz səsinin ilhamından gələn misralar...

Geri dön