Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə Dövlət Pedaqoji Universitetində görüş keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə Dövlət Pedaqoji Universitetində görüş keçirilib

Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə Dövlət Pedaqoji Universitetində görüş keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən bildiriblər ki, toplantıda 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının sədri Cahangir Məmmədov, Baş İdarənin rəis müavini Aydın Yusifov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Səbail Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edənlər ilk dəfə səs verəcək gənclərə təbriklərini çatdırıblar. Qeyd olunub ki, gənclərin ölkəmizin ictimai-siyasi həyatında və digər sahələrdə fəallıqlarının təmin olunması, onlar üçün lazımi şəraitin yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Məhz bu diqqətin nəticəsidir ki, bu gün gənclərimiz ölkə həyatının bütün sahələrindən fəallıqları ilə seçilir, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edirlər. Qarşıdan gələn seçkilərdə cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin iştirakı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər seçki hüquqdan istifadə etməlidirlər. Bunun üçün lazımi şərait yaradılıb.
Çıxışlardan sonra səsvermə qaydaları gənclərə əyani izah olunub, onların sualları cavablandırılıb.

DAVAM.AZ

Geri dön