Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xivə Türk Dünyasının Kültür Başkəndi oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Xivə Türk Dünyasının Kültür Başkəndi oldu

Xivə Türk Dünyasının Kültür Başkəndi oldu


Qırğızıstanın Oş şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 37-ci dönəm toplantısı və “Türk dünyasının mədəniyyət paytaxtı 2019” ilinin rəsmi bağlanış mərasimi keçirilib. Tədbirlərə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. TÜRKSOY Daimi Şurasının 37-ci dönəm toplantısında təşkilatın baş katibi Düsen Kaseinov, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir All Aslan, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Nurkisa Dayeşov, Özbəkistanın Mədəniyyət nazirinin müavini Kamola Akilova, Türkmənistanın Mədəniyyət nazirinin müavini Qurbanmurad Mıradaliev, digər rəsmilər iştirak ediblər.
TÜRKSOY ölkələri nümayəndə heyətlərinin rəhbər şəxsləri iclasda çıxış ediblər.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxışında TÜRKSOY-un türk xalqları arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi baxımından gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, hazırda TÜRKSOY mötəbər tədbirlərdə təmsil olunur və onun fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən alqışlanır.
İclasda TÜRKSOY-un fəaliyyəti, qurumun həyata keçirdiyi ənənəvi layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Sonda TÜRKSOY Daimi Şurasının 37-ci toplantısının qərarları və yekun Bəyannamə imzalanıb. Özbəkistan Respublikasının Xivə şəhəri 2020-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Toplantıdan sonra Sultan İbrahimov adına Qırğız Dövlət Dram Teatrında “Oş – Türk Dünyasının mədəniyyət paytaxtı 2019” ilinin bağlanış mərasimi olacaq. Türk Dünyasının incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər. Mərasimdə “Türk Dünyasının mədəniyyət paytaxtı”nın rəmzi Özbəkistanın Xivə şəhərinin rəhbərliyinə təqdim olunacaq.
Xatırladaq ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Oş şəhəri 2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib və bununla bağlı il ərzində silsilə tədbirlər reallaşıb. Əlamətdar hadisə ilə bağlı Oş şəhərində “Türk Dünyasının mədəniyyət paytaxtı 2019” abidəsi də ucaldılıb.

DAVAM.AZ
“Bişkek Bürosu” (Qırğızstan)

Geri dön