Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şimal bölgəsində qadınlar üçün sosial sahibkarlıq proqramına start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Şimal bölgəsində qadınlar üçün sosial sahibkarlıq proqramına start verilib

Şimal bölgəsində qadınlar üçün sosial sahibkarlıq proqramına start verilib


Təhsil sahəsində ixtisaslaşan “Education HUB” təşkilatı Quba “ASAN xidmət” mərkəzində gənc qadınlar arasında sosial sahibkarlığın təşviqi məqsədilə “Öyrən, başla və tətbiq et!” proqramına start verib. Proqramın birinci həftəsi Gürcüstandan olan beynəlxalq ekspert Giqa Çitişvili tərəfindən təlim keçirilib. Təlimdə Qubadan və Xaçmazdan olan qadınlara sosial sahibkarlıq konsepsiyası, “Kanvas modeli”, sosial biznes ideyaları haqda məlumat verilib. Həftə sonları davam edəcək sessiyalar zamanı qadınlar yeni sosial biznes ideyaları hazırlayacaqlar. Qalib komandalara üç ay müddətinə peşəkar mentorlar tərəfindən fərdi və onlayn məsləhətlər veriləcək, onların sosial biznes layihələrinə dəstək göstəriləcək. Layihənin yekununda qadınlardan ibarət qrupun Bakıya və Tbilisiyə mübadilə səfərləri təşkil olunacaq. Eləcə də gələn ilin aprelində keçiriləcək Sosial Sahibkarlıq Forumunda onlara iştirak imkanı yaradılacaq.
Qeyd edək ki, proqram “ASAN xidmət”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin texniki tərəfdaşlığı ilə həyata keçirilir. Qadınlar üçün ödənişsiz sosial sahibkarlıq proqramı Niderlandın Azərbaycandakı səfirliyinin dəstəyi ilə icra olunur.

DAVAM.AZ

Geri dön