Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycan Sənaye Korporasiyası” “Uzbekipaksanoat”la memorandum imzalayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > “Azərbaycan Sənaye Korporasiyası” “Uzbekipaksanoat”la memorandum imzalayıb

“Azərbaycan Sənaye Korporasiyası” “Uzbekipaksanoat”la memorandum imzalayıb


“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən “Azəripək” MMC tərəfindən bir sıra tədbirlər həyata keçirilir. “Azərbaycan Sənaye Korporasiyası”ndan verilən məlumata görə, istehsal potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi ilə dünya bazarlarında rəqabətə davamlı daha keyfiyyətli xam ipəyin istehsal edilməsi habelə, yerli ipəkçilik məhsullarının satış həcminin artırılması qarşıya qoyulmuş vəzifələrdəndir. Görülən tədbirlər planı çərçivəsində “Azərbaycan Sənaye Korporasiyasi” ASC ilə Özbəkistanın “Uzbekipaksanoat” Assosiasiyası arasında Memorandum imzalanıb. İmzalanmış Memorandumun nəticəsi olaraq Assosiasiyanın sədri Baxram Şaripovun rəhbərliyi etdiyi mütəxəssislərdən ibarət nümayəndə heyəti “Azəripək” MMC-də olan mövcud vəziyyətlə tanış olmaq üçün Şəki rayonuna səfər edib. Qonaqlar “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə birgə müəssisədə fəaliyyət göstərən istehsal sahələri, işçi heyəti ilə yaxından tanış olublar. Tərəflər gələcək əməkdaşlıqlar üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr apararaq, müvafiq təkliflər təqdim edib. Səfərin əsas məqsədini rəqabətədavamlı digər təbii ipək məhsullarının istehsalının və satışının təkmilləşdirilməsi üzrə əməkdaşlıq, quru baramadan digər yan məhsulların əldə edilməsi, “Azəripək” MMC-də istehsal prosesinin təkmilləşdirilməsi və məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətin yüksəlməsi, həmçinin ipəkçilik sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübə mübadiləsi təşkil edir.

DAVAM.AZ

Geri dön