Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib

İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib


İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının iclası keçirilib.
İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, iclasda Fondun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və cari vəziyyət müzakirə olunub. Eyni zamanda, iclasda Fondun 2020-ci il üzrə büdcəsi təsdiq edilib.
Qeyd edək ki, Fondun Nizamnaməsinə uyğun olaraq Himayəçilik Şurasının Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən ibarət olmaqla 5 nəfər üzvü var.

DAVAM.AZ

Geri dön