Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Leyla Vasiqi: “Dinc nümayişçilərə atəş açılmasını şəxsən özüm əmr etdim”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Leyla Vasiqi: “Dinc nümayişçilərə atəş açılmasını şəxsən özüm əmr etdim”

Leyla Vasiqi: “Dinc nümayişçilərə atəş açılmasını şəxsən özüm əmr etdim”


İran adlı ölkənin Qüds (Həsənxan Qalası) şəhərinin fərmandarı Leyla Vasiqi, dekabrın 1-də dövlət televiziyasına müsahibəsində son etirazlarda fərmandarlıq binasına hücum edən qəzəbli əhaliyə qarşı atəş açmaq əmri verdiyini bildirib. Fərmandarlıq binasına hücum edən etirazçıları “iğtişaşçı” və “təxribatçı” adlandıran Leyla asiqi deyib ki, o, etirazçılara fərmandarlıq binasına daxil olarkən atəş açılması əmrini verib: “Hadisə zamanı fərmandarlıq binasını qoruyan polis əməkdaşlarının çoxu şəhər meriyasını qorumağa getmişdilər. Burada az mühafizəçi qalmışdı. Onlar da qəzəbli etirazçıları görən kimi fərmandarlığın daxilinə geri çəkildilər. Lakin benzinin bahalaşmasını bəhanə edən qəzəbli etirazçılar binanın qapılarını sındırdıqdan sonra içəriyə girdilər. Onlardan isə bəziləri fərmandarlıq mühafizəçilərinə meydan oxuyur, sinələrini qabardaraq “bacara bilsəniz atəş açın” deyirdilər. Onlar polisin atəş açmaq əmri almadığını zənn etdikləri üçün bunu edirdilər. Lakin mən şəxsən özüm fərmandarlıq mühafizəçilərinə əmr etmişdim ki, etirazçılar binanın daxilinə girsələr onlara atəş açsınlar. Belə də oldu. Hücumçular binaya daxil olmağa cəhd göstərəndə mühafizəçilər əmrimi yerinə yetirib onlara atəş açdılar” –deyə Qüds (Həsənxan Qalası) şəhərinin fərmandarı Leyla Vasiqi soyuqqanlılıqla əlavə edib. Leyla Vasiqi atəş nəticəsində qətlə yetirilən etirazçıların sayını açıqlamayıb.
Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)


Geri dön