Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mollakratiyanın İnqilab Məhkəməsi: Saxlanılanlar edam ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Mollakratiyanın İnqilab Məhkəməsi: Saxlanılanlar edam ediləcək

Mollakratiyanın İnqilab Məhkəməsi: Saxlanılanlar edam ediləcək


Bunu ötən gün Təbriz İnqilab Məhkəməsinin hakimi güney azərbaycanlı fəalların ailəsinə xitabən deyib: Saxlanılanlar edam ediləcək. Təbriz İnqilab Məhkəməsinin hakimi İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlarla bağlı saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri ilə danışığında gözlənilməz açıqlama verib.
Məlumata görə Babək Hüseyni Müqəddəmin ailəsi noyabrın 7-də fəalın qanunsuz saxlanması və onun vəziyyəti ilə bağlı məlumat almaq üçün Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinə müraciət edib, hakim Musəviyə “saxlanılanlar nə zaman azadlığa buraxılacaq?” sualını ünvanlayıblar. Hakim onlara cavab olaraq bildirib ki, saxlanılanların sərbəst buraxılmasını gözləməyin, onlar edam ediləcək.
Musəvi həmçinin qeyd edib ki, “saxlanılanların azadlığa buraxılması məndən asılı deyil. Biz Ettelaat İdarəsinin göstərişi ilə onların saxlanma müddətinin daha bir ay uzaldılması haqda qərar qəbul edəcəyik.”
Ötən günlərdə etirazlarla bağlı saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəallarının molla rejiminin təcridxanalarında işgəncə edildiyinə dair xəbər yayılmışdır. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri azərbaycanlı fəallar üçün qondarma dosye quraşdırmaq məqsədi ilə onları öz əleyhinə ifadə verməyə məcbur edir, bunun üçün də amansız işgəncə üsullarından istifadə edilir. Əldə etdiyimiz məlumata görə, sözügedən azərbaycanlı fəalların dosyesinə hakim Musəvi baxır. Musəvi hər zaman məhbusların ailə üzvlərinə münasibətdə təhqiramiz davranış nümayiş etdirib, onun Ettelaat İdarəsinə bağlı olduğu bildirilir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön